Sabah yağış, qar yağacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Sabah yağış, qar yağacaq

Sabah yağış, qar yağacaq

Şimal-qərb küləyi arabir güclənəcək.

Martın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-16° isti, Bakıda gecə 5-7° isti, gündüz 12-14° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 65-75 % təşkil edəcək.

Martın 28-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir.

Yağışın bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11° isti, gündüz 14-19° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *