Misirdə daha bir kilsədə partlayış törədildi: ölü sayı 40-a çatdı » AzNews.info -Xəbər portalı

Misirdə daha bir kilsədə partlayış törədildi: ölü sayı 40-a çatdı

Misirdə daha bir kilsədə partlayış törədildi: ölü sayı 40-a çatdı


Bu gün Misirdə daha bir kilsədə partlayış törədilib.

Virtualaz.org Misirin “On-TV” telekanalına istinadən bildirir ki, partlayış İsgəndəriyyə şəhərindəki kilsədə törədilib. Bu partlayış nəticəsində də ölən və yaralananlar var.

Son məlumatlara görə, Tanta şəhərində kilsədə törədilən partlayışda 30 nəfər, İsgəndəriyyədə kilsədə törədilən partlayışda isə 10 nəfər ölüb.

* * *14:47

Bu gün Misirin Tanta şəhərində kilsədə partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

APA xatırladır ki, bundan əvvəl 25 nəfərin öldüyü, 50 nəfərin yaralandığı açıqlanıb.

Qeyd edək ki, bu gün səhər Misirin Tanta şəhərində kilsənin ibadət zalında partlayış törədilib. İlkin məlumata görə, partlayışı terrorçu-kamikadze törədib. Daha sonra Misir Daxili İşlər Nazirliyinin təlim mərkəzi yaxınlığında partlayış olub. Misir KİV-ləri partlayış nəticəsində 1 polisin öldüyü barədə məlumat yayıb.

* * *13:34

Bu gün Misirin Tanta şəhərində iki partlayış törədilib.

Virtualaz.org-un xarici KİV-ə istinadən verdiyi son məlumata görə, partlayışlar nəticəsində 21 nəfər həlak olub.

İlkin məlumata görə, partlayıcı qurğu kilsədə ibadət zalına qoyulub. Bu partlayışdan az sonra Misir Daxili İşlər Nazirliyinin şəhərdəki təlim mərkəzi yaxınlığında da partlayış törədilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *