Bakının mərkəzində işıqfor problemi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Bakının mərkəzində işıqfor problemi – VİDEO

Bakının mərkəzində işıqfor problemi

Bakıda işıqforun işləməməsi sürücülər arasında çaşqınlıq yaradıb və qəza baş verib.

AzNews.info Report-a istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonu Səməd Vurğun küçəsi ilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsindəki işıqforun işləməməsi gecə sürücülərin işini çətinləşdirib.

Onlar bildirib ki, işıqforun işləməməsi ucbatından bir neçə dəfə qəza şəraiti də yaranıb. Yaxınlıqdakı marketdə işləyən satıcıların sözlərinə görə, ötən gecə (aprelin 4-də) “Mercedes” markalı avtomobillə “Hyundai” markalı avtomobil toqquşub.

S.Vurğun küçəsi ilə kəsişmədə olan işıqfor işləyir. Həmin işıqforun yaşıl işığından keçən sürücü S.Vurğun küçəsində işləməyən işıqfordan keçən sürücünü gözləmədiyi anda qəza qaçılmaz olur.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *