“Vosmoy” bazarında “Ağa” nökərlərə divan tutur... » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

“Vosmoy” bazarında “Ağa” nökərlərə divan tutur... - GENERAL HILAI ƏSƏDOVUN MAFİYASI

“Vosmoy” bazarında “Ağa” nökərlərə divan tutur...


Bakının “Vosmoy bazarı” kimi tanınan, Nizami rayonu, Naxçıvanski küçəsindəki meyvə-tərəvəz bazarında yük arabalarının icarə haqqının birdən birə 4 manatdan 10 manata qaldırılmasına etiraz edən arabaçılar 15 günə yaxındır bazara buraxılmırlar. Bu günlərdə arabaçılar Nizami Rayon İcra Hakimiyyətinə növbəti dəfə müraciət ediblər. Lakin bu dəfə də onların müraciətlərinə cavab verən olmayıb. Bu barədə virtualaz.org saytına narazı arabaçılar məlumat veriblər.

Şikayətçilər deyirlər ki, arabaçıların problemi ilə bağlı araşdırmanın virtualaz.org saytında dərc edilməsindən sonra onlara hücumlar başlayıb. “Bayram günlərində bazara yaxın buraxmadılar. Hətta çiynimizdə yük daşıyıb evimizə 5-6 manat apara bilmədik. İndi də bazarın qarşısına toplanıb “ağa”dan imdad gözləyirik. Neçə gündür uşaqlar acdır”,-arabaçılar deyiblər.

Bazarda araba icarəsini inhisarında saxlayan, “Ağa” kimi tanınan Rüfət adlı şəxs arabaçılardan şikayətlərini geri götürmələrini tələb edib. Onlara şikayətlərinin geri götürülmədiyi təqdirdə iş verilməyəcəyi, hətta həbs etdirəcəkləri bildirilib: “Ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya müarciət etmişik. Şikayətlərimizin qeydə alındığına dair xəbərdarlıq gəlib. Bizi bazara buraxmayanlara qarşı tədbir görüləcəyinə ümid edirik”.

Arabaçılardan birinin redaksiyamıza bildirdiyinə görə, “Ağa” ölkə rəhbərliyinə müraciətindən sonra qəzəblənib. İndi onun əlaltıları bazarın qarşısına toplanan narazı arabaçılara nəzarət edir. “Mağaza sahibləri belə bizdən ünsiyyətdən çəkinirlər. Hamıya bizə iş verməməyi tapşırıblar”.

Xatırladaq ki, “Vosmoy bazarı”nın meyvə-tərəvəzin parakəndə və topdansatışının həyata keçirildiyi həmin hissəsinə MTN generalı, Eldar Mahmudovun birinci müavini olmuş Hilal Əsədov nəzarət edir. Virtualaz.org bundan əvvəl bazarın Eldar Mahmudovun xeyir-duası ilə Hilal Əsədovla Akif Çovdarov tərəfindən “Maral Vega” MMC şirkətinin səhmdarları olan Cəfərov qardaşlarının əlindən necə alıb öz ailə üzvlərinin arasında bölüşdürdüyü haqda yazmışdıq. Daha sonra Hilal Əsədov Akif Çovdarovun həbsindən istifadə edərək onun da payını ələ keçirib. Hazırda bazar tamamilə Hilal Əsədovun nəzarətindədir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *