Azərbaycanda icra başçısı müavininin xanımı özünü asdı
Qəbələ rayonunda intihar hadisəsi baş verib.
Qəbələ Rayon Polis Şöbəsindən Trend-ə verilən məlumata görə, hadisə bu gün rayonun Nohurqışlaq kəndində baş verib. Kənd sakini, 1973-cü il təvəllüdlü Allahverdiyeva Natavan Elman qızı özünü yaşadığı ünvanda asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Azadlıq.info-nun məlumatına görə, intihar edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyevin həyat yoldaşıdır.
Məlumatda deyilir ki, qadın özünü Nohurqışlaq kəndində yaşadıqları evin tualetində asıb. Qadının niyə intihar etdiyi barədə dəqiq məlumat verilmir. Güman edilir ki, ailə-məişət zəminində olub.
Arif Allahverdiyev isə telefon zənglərinə cavab verməyib.
Mənbə:> Trend