Tehrandan velosipedlə Bakıya Novruz bayramına – FOTO
İranın Tehran şəhərinin Kərəc ostanlığının 44 yaşlı sakini Murtuza Fərhəng Bakıda keçirilən Novruz şənliklərinə velosipedlə 800 km-ə yaxın yol qət etməyə qərar verib.
AzNews.info xəbər verir ki, Murtuza Fərhəngin Virtualaz.org saytına verdiyi məlumata görə, o, təkcə Astaradan Salyan şəhərinə qədər olan yolu 2 günə qət edib.
Velosipedçi bu gün Salyanda gecələyərək, sabah Bakıya çatıb, Novruz şənliklərində iştirak etmək niyyətindədir.
Mənbə:> Virtualaz.org