Magistrlərə möhlət hüququ veriləcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

Magistrlərə möhlət hüququ veriləcək

Magistrlərə möhlət hüququ veriləcək


“Çox təəssüf ki, Azərbaycan elmində qocalma tendensiyası müşahidə edilir”.

ANS PRESS-in məlumatına görə, bunu “Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.

O, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edərkən bildirib ki, Azərbaycan elmində yaşı çox olan şəxslər gəncləri üstələyir.

“Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının nəzdindəki elmi-tədqiqat mərkəzlərində, elmi müəssisələrdə və universitetlərdə fəaliyyət göstərən, 50 yaşa kimi olan bütün elm xadimlərinin sayı 50 yaşdan yuxarı olan elm adamlarının sayından 6 dəfə azdır”, - deyə Şəmsəddin Hacıyev bildirib.

Deputat qeyd edib ki, “Elm haqqında” qanun layihəsində müəllimlərin, alimlərin, elm adamlarının sosial təminatının yaxşılaşdırılması ilə bağlı müddəalar öz əksini tapıb. Şəmsəddin Hacıyev bir daha xatırladıb ki, qanun layihəsində magistrlərə hərbi xidmətdən möhlət hüququ verilməsi də nəzərdə tutulub.

“Bütün bunlarla yanaşı, elmin özünü maliyyələşdirməsi mexanizmləri də qanun layihəsində nəzərdə tutulub”.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *