Müştərilərin saçını gözü bağlı kəsən bərbər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Video

Müştərilərin saçını gözü bağlı kəsən bərbər – VİDEO

Müştərilərin saçını gözü bağlı kəsən bərbər


Goranboy sakini 24 yaşlı bərbər Afiq İskəndərov digər həmkarlarından fərqlənir.

AzNews.info Xezerxeber.az-a istinadla məlumat verir ki, 7 ildən artıqdır bu peşə ilə məşğul olan A.İsgəndərov müştərilərin saçını gözü bağlı kəsir.

Bir ildən artıqdır qeyri-adi bacarığını təkmilləşdirən goranboylu usta bölgədə bir ilk reallaşdırdığını deyir. Hətta o qədər iddialıdır ki gözlərini müştəriyə bağlatdırır.

Gənc bərbər müştərinin saçını kəsərkən əlləri ilə onu hiss etdiyini və formanı ona uyğun müəyyənləşdirdiyini deyir. Həm qayçı, həm də maşınla rahat işləyən usta ilk vaxtlar kiçik iş qəzaları da keçirib, əl,ayağını yaraladığını bildirir.

Bərbərin gözlərini bağlayıb ondan uyğun saç stilini tələb edənlər də nəticədə razı qalırlar.
Afiq İskəndərov maraqlı bacarığını bərbərlər arasında keçirlən hər hansı yarışmada nümayiş etdirmək fikirindədir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Mənbə: XəzərXəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *