8 Mart bayramının tarixi
1857-ci il Nyu-York: Qadınlar, 12 saatlıq günlük çalışma saatına və aşağı maaşa e`tiraz olaraq nümayiş keçirdilər. Polis aksiyanın uzun
sürməsinə izin verməyərək nümayişi dağıtdı.
1908-ci il Nyu-York: 15000 qadın, daha qısa çalışma saatı, daha yaxşı gəlir və səs vermə hüququ üçün nümayiş keçirdi . Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı “Çörək və Gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini infadə edirdi.
1909-cu il: Avropadaki qadınlar, Fevral ayının son bazar gününü, Fevralın 28-ini ilk qadın günü olaraq keçirdi..
1910-cu il: Clara Zetkin isimli bir alman sosialist qadın, Qadın Sosialist İnternasiyonalında Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi.
1911-ci il: Kophenagen qərarından sonra ilk dəfə 19 Martda Avstriya, Danimarka, Almaniya və İsveçrə də qeyd edildi.
1917-ci il: Çar Rusiyasında qadınlar, pis həyat tərzinə qarşı ” çörək və sülh” adlı nümayiş keçirdilər. 8 Martda olan bu tə`til, daha sonra digər Avropa ölkələrində də qeyd edilməyə başlandı.
1977-ci il: Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart, Qadın hüquqları və Dünya Barışı günü olaraq qəbul edildi.İndi isə təqvimlərimizdə 8 Mart tarixinin qırmızı, yəni bayram günü kimi qeyd olunmasının qısa tarixinə toxunmaq istərdik.
Bildiyimiz kimi 8 Mart tarixinin məhz bu cür təntənəli şəkildə qeyd olunması bilavasitə Klara Çetkinin adı ilə bağlıdır. Rus, Keçmiş Sovet və Kommunist qaynaqlarında verilən məlumata görə 1910-cu ildə inqilabçı qadın Klara Çetkin Beynəlxalq Qadınlar Konfransında 8 mart tarixinin qadın proletariatının doğum günü kimi qeyd olunması təklifini irəli sürmüşdür. Onun fikrincə 8 mart bütün dünya qadınlarının öz bərabərhüquqluğu uğrunda mübarizə günü olmalı idi.
Rusiyada Beynəlxalq Qadınlar günü ilk dəfə 1913-cü ildə Peterburq şəhərində qeyd olunmuşdur.1965-cil ildən8 Mart istirahət günüdür. Sovet ittifaqı dağıldıqdan sonra 8 Mart bir sıra dövlətlərin, o cümlədən Azərbaycanın dövlət bayramları siyahısına daxil edilmişdir.
Mənbə:> AzNews.info