Paytaxtda “26 Bakı komissarı” küçəsi var – VİDEO
Bakı küçələrindən biri vaxtilə Azərbaycan xalqının başına olmazın müsibətlər gətirən və əksəriyyəti ermənilərdən ibarət olan şəxslərin adını daşıyır.
AzNews.info Xezerxeber.az-a istinadən məlumat verir ki, söhbət Sabunçu rayonunda olan “26 Bakı komissarı” küçəsindən gedir.
Küçənin sakinləri həmin adın sovet vaxtından qaldığını deyirlər. Onlar küçənin “26 Bakı komissarının” adını daşımasından narazıdırlar. Sakinlərin sözlərinə görə, küçəyə şəhid adı verilsə, onlar üçün qürur və şərəf olar.
Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətindən bildiriblər ki, sözügedən küçə və bir neçə digərlərinin adlarının dəyişdiriliməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edilib. Nazirlət Kabinetinin müvafiq qərarından sonra küçənin adı dəyişdiriləcək.
Mənbə:> XəzərXəbər