Latviyada fahişəliyin minimum yaş həddini artırmağı təklif edirlər
Latviyanın Daxili İşlər Nazirliyinin işçi qrupu fahişələrin leqal seksual xidmətlər göstərə biləcəyi yaş həddini artırmağı təklif edir.
Oxu.Az-ın xəbər verdiyi kimi, bu barədə DİN-dəki mənbələrə istinadən mixnews.lv internet portalı xəbər verir.
«Latviyanın Daxili İşlər Nazirliyinin işçi qrupu fahişələrin leqal seksual xidmətlər göstərə biləcəyi yaş həddini hazırkı 18 yaşdan 25 yaşa qədər artırmağı təklif edir»,- nazirlikdə bildiriblər.
DİN-nin dövlət katibinin müavini Dmitri Tofimovun sözlərinə görə, 25 yaşda insanın seçimi düşünülmüş ola bilər.
«İndiki qanunvericiliklə dövlət orta məktəbi yenicə bitirmiş adama siqnal verir ki, qanuni şəkildə fahişəliklə məşğul ola bilər. Əgər yaş həddi 25-ə qaldırılsa, dövlət gənclərə siqnal verər ki, normal həyat fəaliyyəti növü tapmaq olar»,- portal Trofimovun sözlərini sitat gətirir.
Mənbə:> Oxu.Az