BMT sülhməramlıları kömək qarşılığında seksual xidmətlər tələb edirlər
BMT sülhməramlıları müntəzəm olaraq yardım etməli olduqları Liberiya və Haiti sakinlərinə kömək qarşılığında seksual xidmətlər tələb edirlər.
Oxu.Az xəbər verir ki, bu barədə BBC News BMT-nin hələ dərc olunmamış hesabatına istinadən məlumat verir.
“Bizdə sübutlar var ki, əsgərlər kömək qarşılığında yerli sakinlərdən seksual xidmətlər tələb edirlər, və bu adi haldır. Lakin, bu məlumatlar nadir halda BMT missiyasının hesabatına daxil edilir”, - hesabatda deyilir.
Sənəddə qeyd edilir ki, sülhməramlılar Haiti və Liberiya sakinlərinə seks əvəzinə ərzaq, nağd pul, bəzək əşyaları, mobil telefonlar və digər əşyalar ilə ödəyirdilər.
Hesabatda 2008-ci ildən 2013-cü ilə qədər 480 cinsi istismar faktının qeydə alındığı bildirilir. Təkcə 2014-cü ildə 51 sülhməramlı cinsi istismara məcbur etməkdə ittiham edilib.
Hal-hazırda dünyanın müxtəlif yerlərində təxminən 125 min BMT sülhməramlısı var.
Mənbə:> Oxu.Az