Azərbaycan PA rəsmisindən Qırğızıstanın addımına reaksiya: "Müdrik dövlət başçısı defisitə çevrilib" » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycan PA rəsmisindən Qırğızıstanın addımına reaksiya: "Müdrik dövlət başçısı defisitə çevrilib"

Azərbaycan PA rəsmisindən Qırğızıstanın addımına reaksiya: "Müdrik dövlət başçısı defisitə çevrilib"


"İqtisadi əməkdaşlıq Təşkilatının Sammitində qəbul edilən qətnamədə əsas məsələ ölkələrin özlərinin iqtisadi inkişafını daha yüksəyə qaldırması üçün mühüm addımların atılması və ölkələri narahat edən müəyyən məsələlərin beynəlxalq hüquq və norma və prinsipləri əsasında həlli məsələsi ortaya qoyulub".

Bu sözləri Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov bildirib ki, bu qərar layihəsində Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqe idi.

"Bununla bağlı üzv dövlət səs verdilər. Təəssüf ki, Qırğızıstan tərəfi nəyəsə görə bunun siyasi məsələ olduğunu əsas gətirib, qətnaməyə qoşulmadı. Bu bizi təəccübləndirdi. Bu qədər işlər, ölkələrin qarşıya qoyduğu vəzifələr qarşısında bu addımın atılması başa düşülən deyil. Biz həmişə bu ölkə ilə əməkdaşlıq edirik və edəcəyik. Müəyyən məsələlərdə yardımlarımız da olub. Bu qətnamədə qeyri-adi heçə yoxdur. BMT-nin tələb etdiyi prinsiplərdir. Qətnamədə ölkələrin ərazi bütövlüyü, suverenliyi və münaqişələrin beynəlxalq hüquq və prinsiplər əsasında həlli məsələsi qoyulub. İndiki dövrdə dövlət başçıları müdrik və uzaqgörən olmalıdır. Azərbaycan prezidentinin Brüsseldə görüşlərdə də qeyd olundu ki, təəssüf ki, indiki zamanda yaxşı dövlət rəhbəri məsələsi defisitə çevrilib. Həqiqətən də dünyada müdrik dövlət başçısı problemi var. İndiki mürəkkəb şəraitdə, gərginlikdə heç bir dövlət müəyyən problemlərdən sığortalana bilməz. Bunu nəzərə alıb müdrik və uzaqgörən olmaq lazımdır", - deyə PA rəsmisi vurğulayıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *