“Nizami” stansiyasının təmirindən maraqlı görüntülər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

“Nizami” stansiyasının təmirindən maraqlı görüntülər – VİDEO

“Nizami” stansiyasının təmirindən maraqlı görüntülər


Dünya metro stansiyaları içində Bakı metrosunun “Nizami” stansiyasının özünəməxsus yeri var.

Oxu.Az xəzəxəbər-ə istinadən xəbər verir ki, çünki “Nizami” stansiyasında dahi şairimiz Nizami Gəncəvinin “Xəmsə”si mövzusunda işlənmiş pannolar buranı həm də bir sənətkarlıq guşəsinə çevirir. 40 il əvvəl divarlara həkk olunan şəkillər son vaxtlar bir qədər solmuş, daşların arası kif bağlamışdı.

“Nizami” stansiyasının əsaslı təmiri çərçivəsində həmin şəkillər də çox incəliklə təmizlənir və əvvəlki vəziyyətinə qaytarılır.

Kənardan rəssamlıq emalatxanasına oxşayır, amma bura hamımızın tez-tez qarşısından keçib getdiyi “Nizami” metro stansiyasındakı tablolardır.

“Nizami” stansiyası həm də Azərbaycan memarlığının incilərindən biri sayılır. Çünki stansiyanın divarlarında dahi Nizami Gəncəvinin ölməz “Xəmsə”sinin motivləri əsasında səhnələr yer alır.

Təsvirlərin müəllifi xalq rəssamı Mikayıl Abdullayevdir. Elə pannoların bərpası ilə də onun tələbələri məşğul olur.

Pannolar üzərindəki təsvirlərin səthləri yenidən işlənir, qopmuş təsvirli daşlar bərpa olunur, həmçinin pannolar korroziyaya daha davamlı vəziyyətə gətirilir.

40 il əvvəl istismara verilən stansiyada ümumi bərpa işləri mərhələlərlə aparılır. İşlərin həcminin böyüklüyünə baxmayaraq, “Nizami” stansiyası işini dayandırmayıb.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *