Gəncədə qatarın altında qalan kişi ölüb
Gəncədə dəmiryol relsinin üzərindən qarşı tərəfə keçmək istəyən piyadanın ayağı ehtiyatsızlıqdan qatarın altında qalıb.
AzNews.info-nun Report-a istinadən məlumatına görə, hadisə Gəncəçay Stansiyasının yaxınlığında, qorunmayan keçiddə baş verib.
Belə ki, 1940-cı il təvəllüdlü Hüseyn Müstəcəb oğlu Hüseynov dəmir yolunu keçmək istəyən zaman yıxılıb və hərəkətdə olan teplovoz onun sağ ayağının üzərindən keçib.
Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Report