Benzin oğruluğu məsələsinə komitə münasibət bildirib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Benzin oğruluğu məsələsinə komitə münasibət bildirib

Benzin oğruluğu məsələsinə komitə münasibət bildirib

“Ölçmə cihazlarının dəqiqliyi təsdiq edildikdən sonra yanacaqdoldurma məntəqələrində istismar olunmalıdır. Bununla bağlı qanun var.

Bəzi sahibkarlar ölkədə yoxlamaların dayandılmasından istifadə edib, YDM-lərdə avadanlıqlarının vəziyyətinə nəzarət etmirlər. Bu isə sonda həmin avadanlıqların istismar vəziyyətinin və istehlakçıların hüquqlarının pozulmasına rəvac verir”.

Oxu.Az xəbər verir ki, bu sözləri Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı Sputnik Azərbaycan-a açıqlamasında deyib.

“Ölçmələrin vəhdətinin təmin edilməsi siyasətini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir. Qanunvericiliyə əsasən, ölçmə vasitələrinin kalibrlənməsini, başqa sözlə, dəqiqliyinin etalonla müqayisədə təsdiq edilməsi prosedurunu akkreditasiya olunmuş laboratoriyalar aparır.

O laboratoriyaların adları, ünvanları komitənin saytında da var. İstənilən birinə müraciət edərək istismar olunan ölçmə vasitələrini yoxladıb, müvafiq sənədləri aldıqdan sonra fəaliyyətə davam etmək olar” - F.Talıblı bildirib.

Onun sözlərinə görə, əslində, bunlardan sahibkarların xəbəri var: “Amma bəzən komitənin 963 nömrəli Çağrı Mərkəzinə gələn şikayətlərin təhlili onu göstərir ki, bəzi sahibkarlar mövcud vəziyyətdən istifadə edib köhnə avadanlıqlarla yanacaq satışını aparır, kobud desək, istehlakçıların cibinə girirlər.

Bəzi yerlərdə laboratoriyaların vurduğu plombun qırıldığı və satılan yanacağın kəmiyyətinə müdaxilə edən işbazlar haqqında da məlumat eşidirik. Aşkar olunan faktları hüquq-mühafizə orqanlarına göndəririk”.

Komitə sözçüsü qeyd edir ki, benzinin keyfiyyətinin aşağı olması ilə bağlı qurumda məlumat yoxdur:

“Bilirsiniz ki, yerli yanacaq istehsalı bir müəssisədə aparılır. Xaricdən idxal edilən yanacaq da satılır. Bu məhsullar komitənin Sumqayıtda yerləşən neft-kimya məhsullarının sınağı laboratoriyasında yoxlanılır və müvafiq rəylər verilir.

Son sınaq nəticələrinə istinad edərək deyim ki, keyfiyyətlə bağlı problem yoxdur. Amma YDM-lərdə yanacağa əlavə qatqılar vurulur, ya yox, onu hazırda demək mümkün deyil”.

“Ölkədə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı aparılan islahatlardan biri də yoxlamaların dayandırılmasıdır. Bu qanunun qəbulu inqilabi addım hesab olunur. Hesab edirik ki, qanunun qüvvədə olduğu müddətdə sahibkarlar yaradılmış bu əlverişli fürsətdən yalnız istehlakçıların mənafeyindən çıxış edərək gəlirlərini artıracaq, dövlətə xeyir verəcəklər. Sui-istifadə halları bütün hallarda yolverilməzdir” - F.Talıblı söyləyir.

Yanacaqdoldurma məntəqələrindən birində baş operator işləyən Azər Süleymanov isə bildirir ki, benzinə su qatmaq mümkün deyil: “Benzinin çox istifadə edilməsi, əsasən köhnə avtomobillərdə özünü göstərir. Avtomobil köhnə olduğu üçün benzin çəni zaman keçdikcə köhnəlir, dolur. Sürücülər çox vaxt çəni təmizləməyi unudurlar. Çəndə benzin az olanda buxarlanma yaranır və buxar suya çevrilərək benzinin tərkibinə qarışır”.

Müsahibimiz bildirir ki, çənə benzin vuran zaman yarıdan çox vurulmalıdır ki, buxarlanma baş verməsin. A.Süleymanov qeyd edir ki, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin möhürü olan “Melnik” adlı cihaz var. Bu cihazla “tapança”ların vəziyyəti yoxlanılır. “Sürücülər çox zaman benzin doldurarkən 1-ci təzyiqlə vurmağı xahiş edirlər. Təzyiqin benzinin miqdarına heç bir təsiri yoxdur.

Sadəcə, təzyiqin güclü olması köhnə avtomobillərin çənlərinin dibinə benzinin sürətlə vurulmasına səbəb olur. Bu zaman çənin dibində olan artıq maddələr qopur və bu da mühərrikə zərər vurur. Təzyiq yüksək olsa belə, benzin çəninə hava vurulması mümkün deyil. Benzinin “uçması” məsələsinə gəldikdə, bu, tapançaların vəziyyətinə bağlıdır”, - operator vurğulayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *