Azərbaycanda avtomobillərin benzin problemi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda avtomobillərin benzin problemi

Azərbaycanda avtomobillərin benzin problemi


Yanacaq filtrinin dəyişmə tezliyi daha çox avtomobilin istifadə etdiyi benzinin keyfiyyətindən asılıdır.

Aznews.info xəbər verir ki, Bizimyol.info-nun yerli yanacaqla bağlı hazırladığı materiala görə, mütəxəssislər hesab edir ki, bu məsələdə yürüş göstərici deyil. İnkişaf etmiş ölkələrdə filtrin dəyişmə intervalı 30-50 min kilometrə qədər uzadılıb.

Avropa İttifaqının üzvü olan ölkələr, eyni zamanda İsveçrə, Norveç, Lixteynşteyn kimi dövlətlər artıq uzun zamandır ki, “Longlife-04” yağlarından istifadə edirlər. Digər ölkələrdə yanacağın keyfiyyətinin şübhəli olması səbəbindən bu regionlardan kənarda onun istifadəsi qadağandır.

Keyfiyyətin aşağı olmasının səbəbidir ki, Azərbaycanda avtomobillər 5 min kilometr getməmiş mühərrikin gücü azalır, benzin sərfiyyatı isə normadan çox artır. Avtomobil mütəxəssisləri deyirlər ki, daim eyni və güvəndiyiniz məntəqədən benzin alın. Çünki hələlik buna çözüm yoxdur.

Sayt yazır ki, ölkədəki benzindoldurma stansiyalarının ən azı üçdə biri keyfiyyətsiz benzin satmaqla məşğuldur. Yerli ekspertlər bunu benzindoldurma məntəqələrində iri “oyunçular”ın inhisarçılığı və dövlətin benzinin keyfiyyətinə zəif nəzarəti ilə əlaqələndirirlər.

Onlara görə hələ daha 20 il avtomobil sahibləri Aİ 92 üçün pul ödəyib əvəzində maşınlarına Aİ 50 benzini tökəcəklər və uzun müddət avtomobillərini təmirə götürməli olacaqlar. Çox güman ki, bu, bir ironiyadır, belə bir marka benzin mövcud deyil. Sadəcə, benzinin keyfiyyətinin təqdim olunan markadan iki dəfə aşağı olduğunu demək üçün bu ifadə işlənib.

Yazıda bildirilir ki, Azərbaycanda sürücülər iddia edirlər ki, benzinə kənar qatqılar vurulur və keyfiyyətin aşağı olması ilə bərabər, həmin qatqılar qaz halında olduğundan qısa zamanda uçub gedir. Odur ki, hədəflədiyiniz məsafəni getmək üçün lazım olduğundan daha artıq benzin almaq labüd olur.

ABŞ-ın Beynəlxalq Yanacaq Keyfiyyəti Mərkəzi (IFQC) hər il dünyanın 100 ölkəsi arasında benzinin və dizelin keyfiyyətinin qiymətləndirilməsinə dair açıqlama yayır. Azərbaycan benzinin keyfiyyətinə görə 2011-2012-ci illərdə 100 ölkə arasında 68-ci yerdə olubsa, 2013-cü ildə 1 pillə geriləyərək 69-cu yerə düşüb. 2014-cü ildə daha 8 pillə geriləyib, 77-ci yerdə qərarlaşıb.

Mənbə: Bizimyol.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *