Təcili yardıma edilən qəribə zənglər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Səhiyyə, Video

Təcili yardıma edilən qəribə zənglər – VİDEO

Təcili yardıma edilən qəribə zənglər


İtini xilas etmək üçün zəng edənlər də olur, saatı soruşanlar da. Hətta elələri də var ki, evində tək qaldığı üçün ürəyi sıxılıb və bu nömrəni yığıb.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət təcili tibbi yardım stansiyasının 103 qaynar xəttindən gedir.

Kimisi ünvan soruşmaq üçün, kimisi isə evdə tək ürəyi sıxıldığı üçün müraciət edir. 103 nömrəli təcili tibbi yardım xətti gün ərzində kritik xəstə çağırışları ilə yanaşı, 10-larla belə ünvanı düzgün seçilməyən zənglər də qəbul edir.

Operatorlar deyirlər ki, əlaqəsiz zənglər ən çox saatı soruşmaq üçün olur. Hətta geyim seçimi üçün də təcili tibbi yardıma müraciət edənlər olur.

Eləsi də var ki, yuxusuzluğunu həyati əhəmiyyətli problem hesab edib. 103 çağrı mərkəzindəki operatorları özünə həmdəm bilənlər də az olmur.

Bəzi insanlar kommunal məsələlərin həllini də təcili tibbi yardımda görür. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Murad Mirzəzadə isə qeyd edir ki, bütün bu tipli zənglər operatorların işinə mane olmaqla yanaşı, digər həyati əhəmiyyətli çağırışların ləngiməsinə də səbəb ola bilər.

İstənilən halda, unutmaq olmaz ki, mənasız yerə məşğul edilən təcili yardım xətti bir gün öz yaxınlarımıza təcili tibbi müdaxiləni ləngidə bilər.

Oxu.Az Xəzər Xəbər-in mövzu ilə əlaqəli videoreportajını təqdim edir.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *