Fin mütəxəssis Azərbaycanda "Təhsilə Dəstək" layihəsinə qoşuldu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Təhsil, Foto

Fin mütəxəssis Azərbaycanda "Təhsilə Dəstək" layihəsinə qoşuldu – FOTO

Fin mütəxəssis Azərbaycanda "Təhsilə Dəstək" layihəsinə qoşuldu


Azərbaycan Psixologiya və Psixoterapiya Assosasiyasının - APPA, Təhsil Psixologiyası Departamentinin “Təhsilə Dəstək” layihəsi çərçivəsində “Öyrən, Öyrət, Dəyiş” devizi altında təhsil işçilərinin peşəkar inkişafı üçün nəzərdə tutulmuş Beynəlxalq Konfransın I Modulu 18-19 fevral tarixlərində Azərbaycan Dillər Universitetində baş tutmuşdur.
AzNews.info xəbər verir ki, APPA-nın Təhsil Psixologiyası Departamentinin təşkil etdiyi Beynelxalq Konfransın I Modulu “Kids’ Skills-təhsil mühitində uşaq və yeniyetmələrin rastlaşdıqları çətinliklər və problemlərin həllinə kömək etmək üçün nəticəyə yönəlmiş effektiv metodikalar” mövzusunda Finlandiya Respublikasından dəvət olunmuş, Finlandiya təhsil sisteminin aparıcı mütəxəssislərindən olan, Helsinki Brief Terapiya İnsititunun yaradıcısı, beynəlxalq səviyyəli təlimçi və mütəxəssis Ben Furman tərəfindən təhsil işçiləri, təhsil rəhbərləri, pedaqoqlar, psixoloqlar, uşaq - yeniyetmə və gənclərlə işləyən mütəxəssislərə təhsil mühitində uşaq və yeniyetmələrlə iş prosesində rast gəldikləri çətinliklər və problemlərin həllinə yönəlmiş innovativ və effektiv metodikalar barəsində məlumat vermişdir.
APPA – nın nümayəndəsinin verdiyi məlumata görə Təhsil Psixologiyası Departamenti Beynəlxalq Konfransı 2017 – ci il ərzində 5 Modulda təşkil edəcək. Növbəti Modulun May ayında Amerika Birləşmiş Ştatlarından dəvət olunmuş bir qrup mütəxəssislər tərəfindən baş tutacağı bildirildi.
APPA – nin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Konfransın əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” (2015 - 2020) –na uyğun olaraq təhsil sistemində Təhsil Nazirliyinin və tabeliyində fəaliyyət göstərən Təhsil müəssisələrinin bu istiqamətdəki uğurlu işi təhsilin bütün pillələri üzrə təhsil işçiləri və gələcək nəslin vətənə və dövlətə layiqli şəxsiyyət kimi formalaşmasında iştirakı olan mütəxəssislərin peşəkarlığının daim artırılmasına yönəlməsi, Azərbaycan təhsil sisteminin dünyanın aparıcı ölkələrinin təhsil sistemləri səviyyəsinə yüksəldilməsi, təhsil alanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsil işçiləri, pedaqoqlar, psixoloqlar və uşaq, yeniyetmə və gənclərlə çalışan peşəkarların formalaşdırılmasında mühüm rol oynayır.


Fin mütəxəssis Azərbaycanda "Təhsilə Dəstək" layihəsinə qoşuldu
Fin mütəxəssis Azərbaycanda "Təhsilə Dəstək" layihəsinə qoşuldu
Fin mütəxəssis Azərbaycanda "Təhsilə Dəstək" layihəsinə qoşuldu
Fin mütəxəssis Azərbaycanda "Təhsilə Dəstək" layihəsinə qoşuldu
Fin mütəxəssis Azərbaycanda "Təhsilə Dəstək" layihəsinə qoşuldu
Fin mütəxəssis Azərbaycanda "Təhsilə Dəstək" layihəsinə qoşuldu
Fin mütəxəssis Azərbaycanda "Təhsilə Dəstək" layihəsinə qoşuldu
Fin mütəxəssis Azərbaycanda "Təhsilə Dəstək" layihəsinə qoşuldu
Fin mütəxəssis Azərbaycanda "Təhsilə Dəstək" layihəsinə qoşuldu

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *