Azərbaycanlı şagird “Miss Sinə - 2017” yarışmasına qatılıb – FOTO
Gənc azərbaycanlı şagird Aytən Məhərrəmova Gürcüstanda qadınlar arasında ən gözəl sinəyə malik olan xanımı təyin edəcək “Miss Sinə - 2017” yarışmasına qatılıb.
Aznews.info baku.ws-ə istinadən xəbər verir ki, verdiyi müsahibədə Aytən bildirib:
“Mənim 18 yaşım var. Bakı şəhərində dünyaya gəlmişəm. 8 ildir Gürcüstanda yaşayıram. Mən hələ ki, məktəbliyəm. Modellik sahəsində 3 aydır çalışıram. Bir neçə model agentliyi mənimlə sosial şəbəkə vasitəsilə əlaqə saxlayaraq iş təklif etdilər. Mən də bu təkliflə maraqlandım. Hal-hazırda “Golden Brand” modellik agentliyində çalışıram. Hazırda bir sıra dəb nümayişlərində və fotossesiyalarda iştrak edirəm”.
Gənc qızın sözlərinə görə, əvvəllər onun işinə görə ailəsi ilə ciddi fikir ayrılığı yaşanıb: “Tezliklə anam və balaca bacım bu işi nə qədər çox istədiyimi və cidd-cəhdlə çalışdığımı gördükdən sonra mənimlə razılığa gəldilər. Hal-hazırda onlar məni dəstəkləyirlər. Mənim “Miss Sinə - 2017” yarışmasına qatılmağımla əlaqədar ailəmdə heç bir fikir ayrılığı qalmadı”.
“İştrak etdiyim müsabiqədə qalib gəlməyim çox da vacib deyil. Bu yerə layiq olan da qalıb olmalıdır. Əlbəttə də ki, mən də digər iştrakçılar kimi qalıb olmaq istəyirəm. Amma qalibiyyət də hələ heç nə demək deyil”, - deyə bildirib.
Onu da qeyd edək ki, Aytən gələcəkdə öz modellik karyerasını Türkiyədə və ya İtaliyada davam etdirməyi planlaşdırır.
Mənbə:> Baku.ws