Belaruslu jurnalistə qəzetini yedizdirdilər – VİDEO
Belarusun “Pressbol” qəzetinin hokey bölməsinin rəhbəri Veçeslav Fedorenkov Minskin Dinamo hokkey klubunun bərbad vəziyyətdə olması, və buna görə də növbəti oyunda məğlub olacağı barədə geniş material hazırlayıb.
AzNews.info interaz-a istinadən xəbər verir ki, bundan sonra “əgər Dinamo qalib gəlsə qəzeti son səhifəsinə kimi yeyəcəm” kimi fikirlər bildirən Fedorenkova bu sözləri komanda qalib gəlincə xatırladıblar. Sözünün üstündə dayanan jurnalist nə az nə çox 8 səhifədən ibarət qəzeti yeyib.
Fedorenkova qəzeti yemək rahat olsun deyə şorba və qazlı su da təklif olunub.
Mənbə:> İnterAz