DYP-dən respublikanın avtomobil yolları ilə bağlı açıqlama » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

DYP-dən respublikanın avtomobil yolları ilə bağlı açıqlama

DYP-dən respublikanın avtomobil yolları ilə bağlı açıqlama


Respublikanın bütün avtomobil yolları nəqliyyatın hərəkəti üçün açıqdır.

Aznews.info xəbər verir ki, bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.

O qeyd edib ki, Şəmkir-Gədəbəy və Gəncə-Qazax magistralında nisbətən buzlaşma müşahidə olunur. Buna baxmayaraq, respublikanın bütün istiqamətlərində yollar nəqliyyatın hərəkəti üçün açıqdır.

K.Əliyev sürücülərə xüsusi qış təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrini texniki baxışdan keçirməyi, qış üçün təkər və işıq faralarını uyğun hala gətirməyi, avtomobillərində zəncir, dartı kəndiri və s. lazımi avadanlıqların olmasını təmin etməyi, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı, “ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən istifadə etməməyi, nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməyi tövsiyə edib.

K.Əliyev qeyd edib ki, ötən gün respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *