2017-ci ilin trend olan şəkli! – FOTO
2016-cı ilin may ayında hollandiyalı rəssam Marqrit van Brifort Leyden şəhərindəki uşaq xəstəxanasının qarşısında özünün düzəltdiyi Homunculus Loxodontus (latın dilindən tərcümədə “insanabənzər fil” deməkdir- redaktorun qeydi) adlı heykəli qoydu. Bu heykəl həkimin qəbuluna olan növbədə gözləyən insanlara işarə idi.
Marqrit verdiyi müsahibələrdə bu heykəli belə təsvir edirdi: o, sanki, alınmamış bir eksperimentdir və daha yaxşı olacağını gözləyir; o, sanki, böyük mehriban bir ət parçasıdı və onu qucaqlamaq istəyirsən. 2016-cə ildə bu əsər Leydenin ən çox şəkli çəkilən heykəli oldu.
2017-ci ilin yanvarında isə bu heykəl Leyden şəhərində olan rusdilli turistlərdən birinin diqqətini cəlb edir. Turist heykəlin şəklini çəkərək Pikabu-da paylaşır. Onun bu paylaşımı isə sosial şəbəkələrdə xitə çevrilir. İnternetdə isə o Ждун (Gözləyən) adını alır (mem rusdilli ərazilərdə populyar olduğu üçün original adı ruscadır, biz də originallığı qorumaq məsqədilə bu adı qeyd edirik- redaktorun qeydi).
Daha sonra Ждун (Gözləyən) dünyada populyarlaşdığına görə əsərin sahibi məcbur olaraq vkontakte sosial şəbəkəsində rəsmi səhifə açdı və hətta vkontakte administrasiyası səhifənin rəsmiliyini təsdiqlədi. Sosial şəbəkələrdə olan oxşatmaları və memləri diqqətinizə çatdırırıq:
Mənbə:> Bghorror.com