Zaqataladan Bakıya gəlməyə hazırlaşan polis öldü
Zaqatalada gənc polis əməkdaşı qəfildən dünyasını dəyişib.
AzNews.info APA-ya istinadən xəbər verir ki, Rayon Polis Şöbəsinin pasport və şəxsiyyət vəsiqəsi şöbəsinin inspektoru, polis baş-leytenantı Məhəmməd Abdullayev ürək çatışmazlığından ölüb.
Zaqatala Rayon Polis Şöbəsindən verilən məlumata görə, 27 yaşlı M.Abdullayev iki gün əvvəl Abşeron rayon Polis Şöbəsinə təyinat alıbmış.
O, yeni təyinatı ilə əlaqədar Bakıya gedərkən qəfildən dünyasını dəyişib.
Mənbə:> APA