Poçt xidmətindən – YENİLİK
Yaxın günlərdə “Azərpoçt” MMC Bakıda “Şəbəkə” xidmət mərkəzi açacaq.
Aznews.info Trend-ə istinadən xəbər verir ki, mərkəz “vahid pəncərə” sistemi ilə fəaliyyət göstərəcək.
Mərkəzdə vətəndaşlara poçt və maliyyə məsələləri, stasionar telefonun qoşulması, telefon nömrəsinin addan ada keçirilməsi, aviabiletlərin alınması və digər məsələlərlə bağlı xidmətlər göstəriləcək. Bu ilin ilk yarısınadək Bakıda beş “Şəbəkə” mərkəzinin açılması planlaşdırılır.
Mənbə:> Trend.az