Azərbaycanda buzadırmanma üzrə ölkə çempionatı keçirilir » AzNews.info -Xəbər portalı

Azərbaycanda buzadırmanma üzrə ölkə çempionatı keçirilir – FOTO

Azərbaycanda buzadırmanma üzrə ölkə çempionatı keçirilir


Qusar rayonunun Ləzə kəndində yerləşən donmuş şəlalələrdə Buzadırmanma üzrə Açıq Ölkə Çempionatı keçirilib.

AzNews.info Report-a istinadən xəbər verir ki, yarış Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosasiyasının (ADEİNFA) Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunub.

Çempionatda 26 komanda üzrə 80 nəfər qüvvəsini sınayıb. Qaliblər 2 gün davam edən yarışdan sonra məlum olacaq.

Belə yarışların ölkəmizdə təşkili buzadırmanma idman növünün inkişafına, idmançılarımızın bu idman növü üzrə texnikasını təkmilləşdirməyə, eyni zamanda beynəlxalq idman dırmanması və buzadırmanma təşkilatları ilə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası əlaqələrinin daha da genişlənməsinə şərait yaradır.

Qeyd edək ki, son dövrlərdə ölkəmizdə bu kimi milli və beynəlxalq əhəmiyyətli yarışların keçirilməsi artıq ənənəyə çevrilib.

Azərbaycanda buzadırmanma üzrə ölkə çempionatı keçirilir
Azərbaycanda buzadırmanma üzrə ölkə çempionatı keçirilir

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *