“WhatsApp” istifadəçilərinə xəbərdarlıq: Yeni fırıldaq növü üzə çıxıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

“WhatsApp” istifadəçilərinə xəbərdarlıq: Yeni fırıldaq növü üzə çıxıb

“WhatsApp” istifadəçilərinə xəbərdarlıq: Yeni fırıldaq növü üzə çıxıb

“ESET” şirkəti “WhatsApp” istifadəçilərinə yeni fırıldaq barəsində xəbərdarlıq edib.

lent.az-ın məlumatına görə, fırıldaqçılar müxtəlif bəhanələrlə istifadəçilərin şəxsi məlumatlarını toplayırlar.

Buna bənzər fırıldaqlar daha əvvəllər də baş verib. Ancaq hazırda onlar daha irimiqyaslıdır.
Antivirus proqramlarının tərtibatında ixtisaslaşan “ESET” şirkətinin nümayəndələri “WhatsApp”da böyük sayda eyni məzmunlu məlumatlar aşkar ediblər.

Fırıldaqçılar internet mağazasının nümayəndələri adı altında gizlənib, sonradan 250 avroya sertifikatın veriləcəyi bəhanəsi ilə müştərilərdən anketi doldurmağı xahiş edirlər. Bundan sonra onlar şəxsi məlumatların təsdiqlənməsini istəyirlər.

Ancaq keçiddən istifadə edən istifadəçi bu mağazanın rəsmi saytına aidiyyəti olmayan sayta keçirir. Qeyd edilir ki, fırıldaqçıların adı altında gizləndikləri “Lidl” brendinə heç bir aidiyyəti yoxdur. Onların sözlərinin doğru olmadığını bilmək üçün səhifənin URL-inə baxmaq kifayətdir.

Bununla belə, bəzi insanlar asan yolla pul qazanmaq eşqi ilə bu yalanın qurbanı olurlar. “ESET” şirkətinin nümayəndələri ehtiyatlı olmağı xahiş edirlər. Çünki bu yalanın tələsinə düşənlərə tez-tez zəng edəcəklər və lazımsız qeydiyyatlar, spam və pullu SMS xidmətləri təqdim edəcəklər.

Qeyd olunur ki, hələlik fırıldaqçılar Almaniya auditoriyası üzərində işləyirlər. Ancaq onlar çərçivələrini genişləndirə bilərlər.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *