Almaniyada “Facebook”a görə “WhatsApp”ı məhkəməyə veriblər
Almaniyanın Federal İstehlakçı Hüquqlarının Müdafiəsi İttifaqı (Verbraucherzentrale Bundesverband, VZBV) Berlinin torpaq məhkəməsində “WhatsApp”a qarşı iddia qaldırıb.
Oxu.Az xəbər verir ki, “Bild” qəzeti iddiaya səbəbin şirkətə məxsus “WhatsApp” messencerinin istifadəçi məlumatlarını yaymasıdır. Belə ki, məlumatlar avtomatik olaraq istifadəçinin “Facebook” hesabı ilə sinxronlaşdırılır. Beləliklə, istifadəçinin telefon nömrəsi, adı, soyadı, doğum tarixi və s. kimi məlumatlarına keçid əldə olunurdu.
İddiaçıların fikrincə, bu ölkədə qüvvədə olan istehlakçı hüquqlarının qorunmasına dair standartlara ziddir.
İttifaqdan qeyd ediblər ki, məlumatlar “WhatsApp” istifadəçisinin “Facebook”da hesabının olub-olmamasından asılı olmayaraq ötürülür.
Hələ keçən ilin sentyabrında “WhatsApp” bir şirkətdən digər şirkətə məxfi məlumatların ötürülməsinin yolverilməz olduğuna dair VZBV-dən xəbərdarlıq almışdı. Bundan başqa, onların fikrincə, bu populyar resursun administrasiyası bütün informasiyanı ləğv etməlidir.
“Şirkət bizim tövsiyələrə qulaq asmadı və reaksiya vermədi, biz məhkəməyə müraciət etməyə məcbur olduq”, - Federal İstehlakçı Hüquqlarının Müdafiəsi İttifaqından bəyan ediblər.
Mənbə:> Oxu.az