Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejmində çalışır
Azərbaycan ərazisində müşahidə edilən qarlı və şaxtalı hava şəraiti Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) üçün sərnişinlərin bölgələrə çatdırılmasında çətinlik yaratmır.
Aznews.info xəbər verir ki, bunu Report-a BBAK-ın növbə rəisi Məhəmməd Abdullayev deyib.
“Ölkədə hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yanvarın 25-dən etibarən gücləndirilmiş iş qrafikində çalışırıq. Hava şəraiti hər hansı bir avtobus reysini təxirə salmayıb. Amma əvvəlki günlərlə müqayisədə sərnişinlərin sayı çox deyil. BBAK təhlükəsizlik tədbirləri ilə əlaqədar son reyslərini saat 18:00-da reallaşdırır”, - deyə M.Abdullayev qeyd edib.
M.Abdullayev təhlükəsizlik tədbirləri çərçivəsində avtobus sürücülərinin də təlimatlandırıldığını qeyd edib.
Mənbə:> Report.az