Şamaxı-Ağsu istiqamətində sərnişin avtobuslarının hərəkəti dayandırılıb
Güclü qar səbəbindən sərnişindaşıma ilə məşğul olan avtobusların hərəkətində heç bir problem yaşanmayıb.
AzNews.info xəbər verir ki, bunu “APA-Economics”ə Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev bildirib.
“Yalnız hava şəraiti ilə əlaqədar Şamaxı-Ağsu yolu ilə hərəkət edən avtobus sürücülərinə tapşırmışıq ki, bu yoldan istifadə etməsinlər. Avtobuslar aşağı, Kürdəmir yolu ilə hərəkət edirlər. Qalan bütün yollarda avtobusların hərəkəti normaldır. Düzdür, qar çox yağsa da heç bir avtobus yolda qalmayıb”, - deyə M.Abdullayev bildirib.
M.Abdullayev ötən illərlə müqayisədə bu il sərnişinlərin az olduğunu da qeyd edib.
Mənbə:> APA-Economics