Yolların buz bağlaması Bakıda zəncirvari qəzaya səbəb olub » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Yolların buz bağlaması Bakıda zəncirvari qəzaya səbəb olub

Yolların buz bağlaması Bakıda zəncirvari qəzaya səbəb olub


Bakıya yağan güclü qar və yolların buz bağlaması Sabunçu rayonu ərazisində zəncirvari qəzaya səbəb olub.

AzNews.info-nun Report-a istinadən məlumatına görə, rayonun Zabrat qəsəbəsi ərazisində 4 avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, yol sürüşkən olduğundan sürücülər idarəetməni itirib və avtomobillər bir-birinə dəyib. Nəticədə 8 nəfər xəsarət alıb. Onlardan 4 nəfəri eyni avtomobildə olan bir ailənin üzvləridir. Bunlar 1990-cı il təvəllüdlü Məhərrəmov Cəlil Babək oğlu, 1986-cı ildə anadan olmuş Məhərrəmova Mahnur Tahir qızı, onların 2 və 1 yaşlı oğlanları Cavid və Səid Məhərrəmovlardır.

Digər nəqliyyat vasitəsində olan 1968-ci il təvəllüdlü Qasımova Nahidə Şəfi qızı və onun qızı, 1989-cu ildə anadan olmuş Məhərərmova Şəbnəm Babək qızı da müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Qəza zamanı 1980-ci il təvəllüdlü Abdullayev Rasim Əhməd oğlu və 1996-cı ildə anadan olmuş Rzayev Kamran Dilqəm oğlu da xəsarət alıb.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *