Bakıda təcrübəsiz sürücü görün nələr etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto, Video

Bakıda təcrübəsiz sürücü görün nələr etdi – VİDEO

Bakıda təcrübəsiz sürücü görün nələr etdi


Bakıda təcrübəsiz sürücü qarlı havada həm qeyri-adi, həm də təhlükəli hərəkətlərə yol verib. Onun bu əməlinə 156 evakuasiya xidmətinin evakuator sürücüsü də dəstək verib.

Aznews.info avtosfer.az-a istinadən xəbər verir ki, yanvarın 28-də, saat 18-19 radələrində İnşaatçılar prospektində, videodan da göründüyü kimi, 99 KC 111 dövlət nömrə nişanlı avtomobil evakuatora yüklənib.

Avtomobilin içərisində isə ən azı 5 nəfər var. Üstəlik, avtomobil işlək vəziyyətdədir və ksenon faralar yanır. Arxadan gələn avtomobil sürücülərinin gözünü qamaşdırdığı üçün yaxınlıqdan keçən bütün sürücülər ya pəncərəni endirir, ya da siqnal verməklə 111-ə etirazını bildirirdi. Gənc sürücü əvvəlcə hansı səhvlərə yol verdiyinin fərqinə varmadı. Evakuatorun üzərindəki maşından düşən gənclərlə söhbətdən sonra bildirdilər ki, guya avtomobildə nasazlıq yarandığı üçün təmir yerinə aparırlar. Lakin sonra onu da dedilər ki, evə gedirlər. Ən sonda isə bilindi ki, gənc sürücü təcrübəsizdir, qarlı havada nəqliyyat vasitəsini sürə bilmədiyi üçün 156-dan evakuator çağırıb. Dostları ilə birlikdə avtomobili evakuatora qaldırıblar ki, qəzasız-filansız evə gedib çatsınlar.

Özünüz bu görüntüləri izləyib sürücünün əməlinə qiymət versəniz, daha yaxşı olar. Lakin Dövlət Yol Polisi də həm evakuator sürücüsünün (yükdaşıma qaydalarını pozub - red.), həm də onun daşıdığı avtomobil sahibinin barəsində tədbir görməlidir.

Mənbə: Avtosfer.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *