Küçədə qızla tanış olmaq istəyən oğlanı vəhşicəsinə döydülər – VİDEO+FOTO
Türkiyədə əqli qüsurlu oğlan küçədə vəhşicəsinə döyülüb.
AzNews.info milli.az-a istinadla bildirir ki, Türkiyədə əqli qüsuru olan 27 yaşlı Muhammed Lütfü Arpat məhlədə qolundan tutduğu qızın ailəsi tərəfindən 12 dəqiqə boyunca vəhşicəsinə döyülüb.
Hadisə yanvar ayının 25-də baş verib. Muhammed yolda gördüyü qızla tanış olmaq istəyərək onun qolundan tutub. Qız qorxaraq qışqırıb. Qızın ailəsi səsə gəlib və oğlanı döyüb. Qonşular qızın ailəsinə Muhammedin əqli qüsurlu olduğunu söyləsələr də, onlar buna fikir verməyiblər.
Muhammedin atası qızın ailəsini polisə verib.
Mənbə:> Milli.az