Lənkəran-Lerik yolu buz bağlayıb: avtomobillərin hərəkətində çətinliklər yaranıb
Lənkəran-Lerik yolunda qar səbəbindən çətinliklər yaranıb.
AzNews.info-nun Report-a istinadənCənub bürosunun verdiyi məlumata görə, Lerik rayonu ərazisində dünən axşamdan yağmağa başlayan qarın hündürlüyü ucqar ərazilərdə 20-25 sm, Lerik şəhərində isə 10 sm təşkil edib.
Lənkəran-Lerik yolunda qar və buzlanma nəqliyyatın hərəkəti üçün problemlər yaradıb. Əraziyə 43 saylı rayon Yol-İstismar Sahəsinin işçi qüvvəsi və ağır texnikası cəlb olunub. Yolun müəyyən hissələrinə qum-çınqıl səpilir.
Yolda avtomaşınların intensiv hərəkəti bərpa olunub. Elektrik enerjisi verilişində hələ ki problem yoxdur.
Mənbə:> Report