Leriki sel basdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Leriki sel basdı

Leriki sel basdı

Çaylarda sululuq maksimum dərəcədə artıb.

Bu gün axşam saatlarında Lerik rayonu ərazisində yağan güclü leysan nəticəsində Lənkəran-Lerik yolunun bir neçə istiqamətində nəqliyyatın hərəkətinə maneələr yaranıb.

Report.az xəbər verir ki, dağlardan və yarğanlardan axan sel suları özü ilə birlikdə odun parçaları və palçıq qatı gətirərək yolda maneələrin ortaya çıxmasına səbəb olub.

Ən son məlumata görə, çaylarda sululuq maksimum dərəcədə artıb.

Çay kənarında salınan istirahət mərkəzlərinə ciddi ziyan dəydiyi bildirilir. Sel suları bir neçə taxtadan olan katecləri (istirahət evini) qarşısına alaraq dağıdıb.

Rayon Fovqəladə hallar komissiyasının sədri Habil Məlikov Vizəzəmin, Çinqədulan, Züvüc, Əliabad, Nüvədi, Noda və daha bir neçə kəndlərdə yol infrastrukturuna, körpülərə və fərdi təsərrüfatlara ziyan dəydiyini təsdiqləyib.

O, mal-qara arasında da tələfatın olduğunu bildirib.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *