Direktorun qızı: Azəri məhkəməyə verəcəyik » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Direktorun qızı: Azəri məhkəməyə verəcəyik

Direktorun qızı: Azəri məhkəməyə verəcəyik

Atamın vəfatına səbəbkar olan Azər İsmayılovdur.

Oxu.Az xəbər verir ki, bu sözləri musavat.com-a açıqlamasında ATV-nin “Yoxlama” verilişinin aparıcısı Azər İsmayılovun çəkiliş apardığı 171 saylı orta məktəbin vəfat edən direktorunun qızı deyib.

Mərhum direktor Telman Qardaşovun qızı bildirib ki, Azər hər şeyə görə cavab verməlidir:

“O, gəlib qanunsuz şəkildə çəkiliş aparmasaydı, bunu efirə verməsəydi, atam indi sağ idi. Onu məhkəməyə verəcəyik”.

Mərhumun evindən alınan digər məlumata görə, dünən günorta saatlarında məktəbə iki valideyn gəlib. Onlar mərhum direktorla mübahisə ediblər və, o, bu mübahisədən sonra dünyasını dəyişib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *