Restoran sahibi ATV-nin aparıcısı və əməkdaşlarını döydü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Restoran sahibi ATV-nin aparıcısı və əməkdaşlarını döydü – VİDEO

Restoran sahibi ATV-nin aparıcısı və əməkdaşlarını döydü


Hadisə Şamaxıda baş verib. Restoranda verilişin formatına uyğun çəkiliş aparan texniki heyətə hücum olub. Şamaxı şəhərinin Bakı istiqamətindən girişində yerləşən restoranda çəkiliş zamanı ATV-də yayımlanan "Yoxlama" verilişinin əməkdaşları fiziki zorakılığa məruz qalıblar.

AzNews.info Xeberoxu.com-a istinadən xəbər verir ki, restoranın sahibi çəkiliş qrupuna mane olmaq istəyib. Ancaq aparıcı Azər İsmayılov buna qarşı çıxanda gərginlik daha da artıb.

Restoran sahibi və yanındakılar çəkiliş qrupuna fiziki hücum ediblər. Onlar "Yoxlama"çıları zorla restorandan çıxarmağa çalışıblar. Bu zaman söyüş və təhqir edici ifadələr də eşidilib. Nəticədə verilişin rejissoru Elgün Bayramlı xəsarət alıb.

Mübahisə isə çəkiliş qrupunun avtomobilinin yaxınında davm edib. Hadisə ilə bağlı polisə müraciət edilib. Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları faktı araşdırır.

Həmin anların görüntülərini təqdim edirik (Diqqət: Videoda qeyri-etik ifadələr yer almaqdadır!):



Mənbə: Xeberoxu.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *