Bakıda nəvəsini öldürərək cinsiyyət orqanını kəsən şəxsə cəza verildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Bakıda nəvəsini öldürərək cinsiyyət orqanını kəsən şəxsə cəza verildi

Bakıda nəvəsini öldürərək cinsiyyət orqanını kəsən şəxsə cəza verildi

Bakıda nəvəsini boğaraq öldürüb, daha sonra cinsiyyət orqanını kəsməkdə təqsirləndirilən Rakif Bayramovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, Rakif Bayramov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin fevralın 7-də Mübariz Məmmədov Binəqədi rayon Prokurorluğuna müraciət edərək, 1997-ci il təvəllüdlü oğlu Tural Bayramovun naməlum şəxs və ya şəxslər tərəfindən öldürülərək Ağdam rayonunun Çəmənli kəndində dəfn edildiyini bildirib.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun babası Rakif Bayramov tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, tutularaq istintaqa cəlb olunub. Meyit məhkəmənin qərarına əsasən, dəfn olunduğu yerdən çıxarılaraq ekspertizaya təqdim edilib.

Ağdam rayon sakini, 71 yaşlı Rakif Bayramov 16 yaşlı nəvəsi Tural Bayramovu yaşadığı evdə boğaraq amansızlıqla qətlə yetirdiyini etiraf edib.

O bildirib ki, nəvəsi onun şəhid oğlunu təhqir edib:

“Ona bəzi şeyləri sübut etmək üçün boğaraq cinsiyyət orqanını kəsdim".

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *