Öldüyü deyilən əsgərin atası: Bu xəbəri yayana nifrət edirəm » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Öldüyü deyilən əsgərin atası: Bu xəbəri yayana nifrət edirəm – VİDEO+FOTO

Öldüyü deyilən əsgərin atası: Bu xəbəri yayana nifrət edirəm

Sosial şəbəkələrdə Azərbaycan əsgərinin şəhid olması barədə həqiqətə uyğun olmayan xəbər bu günün ən çox müzakirə olunan mövzusuna çevrildi.

Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, mühacirətdə yaşayan və mütəmadi olaraq Azərbaycan barədə neqativ xəbər yayan birinin sosial şəbəkələrdə ordu, vətəndaş, cəmiyyətlə bağlı statusu birmənalı qarşılanmadı. Gün ərzində xəbərin yalan olduğunu etiraf edən bloggerin bu əməlinin arxasında, əslində, daha təhlükəli məqamlar var. Görəsən, bu şəxs əsgərin ölüm xəbərini paylaşarkən özünü onun valideynlərinin yerinə qoydumu?

Əsgər Əkbəri Mahmud Əli oğlu sağ-salamat olduğunu deyib:

“İnternetdə yayılan şəklim bir neçə il əvvəl qohumum tərəfindən çəkilib və paylaşılıb”.

Mahmudun atası isə bu məlumatı yayana nifrət etdiyini bildirib.

“O, Azərbaycan vətəndaşı deyil. Ermənipərəst insanlardır. Müdafiə Nazirliyinin işçilərinə təşəkkür edirəm ki, tez zamanda bu məsələni araşdırdırlar”, - o deyib.

Videobloggerlərdən birinin yazdığına görə, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əkbəri Mahmud Əli oğlu ölüb və Müdafiə Nazirliyi susub.

Blogger bununla nəinki nazirliyi düzgün xəbər yaymamaqda ittiham edib, hətta bir ailənin psixoloji sarsıntı keçirməsinə səbəb olub. Ən nəhayət isə, düşmən dəyirmanına su töküb.

Sosial şəbəkələrdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun şəhid olması barədə xəbəri real faktlarla yalanlayan Müdafiə Nazirliyi bu cür və buna bənzər xəbərlərin tirajlanmasının ailələr üçün böyük narahatlıq doğurduğunu, ictimaiyyətdə çaşqınlıq yaratdığını və ordumuzun nüfuzuna xələl gətirmək məqsədi güddüyünü bəyan edib.

Baş verən son hadisə isə yenidən ordu-cəmiyyət münasibətlərini, daha doğrusu ordu ilə bağlı xəbərlərin yayılmasında nələrə diqqət verməyin vacibliyini gündəmə gətirir. Gün ərzində ünvanına gələn iradları nəzərə alan yanlış xəbəri yayan blogger statusunu silərək üzr istəyib. Deyib ki, bundan sonra daha ehtiyatlı olacaq.
Öldüyü deyilən əsgərin atası: Bu xəbəri yayana nifrət edirəm
Öldüyü deyilən əsgərin atası: Bu xəbəri yayana nifrət edirəm

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *