Həbib Müntəzirin təxribatı ifşa olundu, “şəhid” əsgər danışdı: “Sağ-salamatam”… » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hərbi, Sosial, Video

Həbib Müntəzirin təxribatı ifşa olundu, “şəhid” əsgər danışdı: “Sağ-salamatam”… – VİDEO

Həbib Müntəzirin təxribatı ifşa olundu, “şəhid” əsgər danışdı: “Sağ-salamatam”…

Hazırda Almaniyada məskunlaşan bloqqer Həbib Müntəzir ötən gün yanvarın 24-də sosial şəbəkələrdə Azərbaycan ordusunda baş verdiyi iddia olunan və Müdafiə Nazirliyi tərəfindən gizlədildiyi bildirilən əsgər ölümü barədə məlumat yayıb.

Virtualaz.org xəbər verir ki, Həbib Müntəzirin iddiasına görə Azərbaycan ordusunun müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçusu, 1992-ci ildə anadan olmuş Əkbəri Mahmud Əli oğlu təmas xəttində atışma zamanı ermənilər tərəfindən vurulub. Onun Goranboy rayonundan olduğu bildirilir.

Həbib Müntəzirin təxribatı ifşa olundu, “şəhid” əsgər danışdı: “Sağ-salamatam”…

Həbib Müntəziri sosial şəbəkələrdə dörd gözlə izləyən ermənilər dərhal onun yazdıqlarını xəbərə çeviriblər və Azərbaycan Müdafiə Nazirliyinin əsgər ölümlərini gizlətdiyini yazıblar. Virtualaz.org bununla bağlı Müdafiə Nazirliyinə sorğu ilə müraciət edib. Nazirliyin verdiyi cavabdan məlum olur ki, Həbib Müntəzirin yazdıqları yalandır və adı çəkilən hərbçi hal-hazırda sağ-salamatdır, xidmətini davam etdirir. Nazirliyin açıqlamasında deyilir:

Həbib Müntəzirin təxribatı ifşa olundu, “şəhid” əsgər danışdı: “Sağ-salamatam”…


...Hazırda Almaniyada məskunlaşan, Silahlı Qüvvələrimizə, əsgər və zabit heyətinə qarşı düşmənçiliyi, ermənipərəst mövqeyi ilə tanınan və yalan məlumatlar yayaraq ictimaiyyəti, sosial şəbəkə istifadəçilərini aldadan Həbib Müntəzir adlı birisinin növbəti yalanı ortaya çıxıb. 24 yanvar 2017-ci il tarixdə sosial şəbəkədə H.Müntəzir Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Əkbəri Mahmud Əli oğlunun guya şəhid olması barədə yalan xəbər yayıb, onun fotosunu paylaşıb və Müdafiə Nazirliyinin bu haqda susması iddiasını irəli sürüb.

Məlumat veririk ki, əsgər Əkbəri Mahmud Əli oğlu sağ-salamatdır və hazırda hərbi hissələrdən birində müddətdən artıq həqiqi hərbi xidmətdədir. Bildiririk ki, bu cür və buna bənzər yalan xəbərlərin sosial şəbəkələrdə yayılaraq tirajlanması ailələr üçün böyük narahatlıq doğurur, ictimaiyyət arasında çaşqınlıq yaradır və ordumuzun uğurlarına kölgə salaraq nüfuzuna xələl gətirmək məqsədi güdür.

Həbib Müntəzirin təxribatı ifşa olundu, “şəhid” əsgər danışdı: “Sağ-salamatam”…


Eyni zamanda, belə xəbərlərin erməni tərəfi üçün təxribatlar törətməyə əlverişli zəmin yaratdığını nəzərə alaraq ictimaiyyətdən, o cümlədən kütləvi informasiya vasitələrindən diqqətli olmalarını tövsiyə edir və informasiyanın dəqiqləşdirmədən yayılmasının yolverilməzliyini bir daha diqqətə çatdırırıq.

Müdafiə Nazirliyi həmin hərbi qulluqçunun özünün müraciətini də açıqlamaya əlavə edib. Əkbəri Mahmud Əli oğlu bildirir: “Mənim şəhid olmağım barədə sosial şəbəkələrdə məlumatın və şəklimin yayıldığını mənə deyəndə ilk olaraq qürur hissi keçirdim. Çünki şəhidlik hərbçi üçün ən böyük zirvədir. Amma çox təəccübləndim, həm də valideynlərimdən ötrü narahat oldum. İnternetdə yayılan şəklim bir neçə il əvvəl, gənc əsgər olarkən qohumum tərəfindən çəkilib və Facebook-a yerləşdirilib. Hamıya və ilk növbədə valideynlərimə deyirəm ki, salamatam, hərbi hissədə xidmətimi davam edirəm”.


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *