İşdən çıxarılmış yol polisi onun videosunu yayanı hədələdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

İşdən çıxarılmış yol polisi onun videosunu yayanı hədələdi – VİDEO

İşdən çıxarılmış yol polisi onun videosunu yayanı hədələdi


Son günlər sosial şəbəkədə videosu yayılan DYP əməkdaşı Elvin Mövlamov (artıq işdən çıxarılıb - red.) jurnalistin suallarını cavablandırıb.

Aznews.info ölkə.az saytına istinadən həmin müsahibəni təqdim edir.

- Elvin bəy, həmin sürücü sizə niyə yalvarırdı? Cəriməsi var idi?

- Onun heç bir cəriməsi, problemi yox idi. Kasıblığını nəzərə alıb buraxmışam.

- Sürücü sizə tabe olmurdu?

- Tabe olmurdu, sonra yazığımız gəldi buraxdıq.

- Video sosial şəbəkəyə necə buraxılıb?

- O videonu hansı mərdimazar, balası ölmüş qoyub, bilmirəm. Allahın köməyi ilə o adam üzə çıxar. Mən də onun ölüsünü bu yolda qoyacağam.

- Videonu özünüz çəkib, kiməsə göndərmişdiniz?

- Elə şey olmayıb.

- Orada iki nəfərsiniz. Deməli, özünüz çəkmisiniz də.

- Allah qoysa, hər şey ortaya çıxacaq. Bir az işim var, danışarıq.

- İşdən çıxarılmağınızla bağlı yayılan xəbər doğrudur?

- (telefonu bağlayır)

Qeyd edək ki, 99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan Elvin Mövlanov bir sürücünün ona yalvarmasını və ağlamasını əks etdirən görüntüləri çəkərək sosial şəbəkədə yaymaqda ittiham edilir.

Mənbə: Ölkə.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *