Kardaşyanı sevən azərbaycanlılar » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin

Kardaşyanı sevən azərbaycanlılar

Kardaşyanı sevən azərbaycanlılar


Türkiyənin Qars vilayətinin Qaraqala kəndinin sakinləri kənddəki məktəbə erməni pornoulduz Kim Kardaşyanın adını vermək istəyirlər.

ANS PRESS-in məlumatına görə, kənd sakinlərini bu həvəsə Kim Kardaşyanın əslinin Qaraqala kəndindən olması salıb.

Kənddə əsasən Azərbaycan türkləri yaşayır. Onların bir qismi yerli və bir qismi isə Qərbi Azərbaycandan - indi Ermənistan və Gürcüstan arasında bölünmüş Dağ Borçalı mahalından köç etmiş etnik azərbaycanlılardır. Məsələ bundadır ki, Azərbaycanla Anadolu arasında bufer zonası olan Qars mahalında tarixən azərbaycanlılar yaşayıb. 1828-ci ildə regionu ələ keçirmiş Rusiya regiona müəyyən qədər erməni köçürüb. Amma onların ümumi əhali balansında payı 30 faizdən çox olmayıb. Buna görə də, 1918-ci ildə ermənilər Qars vilayətini Ermənistana daxil etmək istəsələr də bu, baş tutmayıb. Azərbaycan türkləri Qarsda Araz respublikası qurublar.

Amma hazırda Qarsda yaşayan azərbaycanlıların bir qismi bu şanlı keçmişi, Qarsın Azərbaycanın bir parçası olmasını unudaraq Ermənistanla əlaqələr qurmağa çalışırlar. Qarsın keçmiş bələdiyyə başçısı Əli Naifoğlu da belə adamların rəyini nəzərə alaraq şəhərdə Ermənistanla dostluq abidəsi inşa etdirmişdi. Abidəni o vaxt Türkiyə baş naziri işləyən Rəcəb Tayyib Ərdoğan sökdürmüşdü.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *