Öldüyü deyilən futbolçunun qardaşı: Səndən, məndən sağlamdır – YENİLƏNİB
“Kəpəz”in və milli komandanın sabiq futbolçusu Faiq Cabbarovun qardaşı onun ölümü haqda yayılan məlumatlara münasibət bildirib:
Faiq Cabbarovun qardaşı Səttar Cabbarov “Qafqazinfo”ya açıqlamasında xəbəri təkzib edib:
“Faiq səndən də, məndən də sağlamdır. Bilmirəm bu xəbərlər haradan çıxıb? Onu hamı tanıyır. Küçədə yıxılıb ölsə, hər yerə səs-küy düşər. Ona görə də bu söhbətlərə inanmayın. Sadəcə o, arada 3-4 günlük gedir. Buna görə də səs-soraq yoxdur. Ona deyəcəyəm ki, özü sizə zəng eləsin”.
Qeyd edək ki, günün birinci yarısında tanınmış futbolçunun ölüm xəbəri yayılsa da, sonradan bu məlumatlar təkzib edilib və idmançının itkin olduğu deyilib.
16:50
Azərbaycan futbolunda itki baş verib.
“Qafqazinfo” xəbər verir ki, “Kəpəz”in və milli komandanın sabiq futbolçusu Faiq Cabbarov dünyasını dəyişib. 44 yaşlı keçmiş müdafiəçi yatıb, yuxudan oynamayıb.
Qeyd edək ki, Cabbarov karyerası ərzində “Avtomobilçi Yevlax”, “Kəpəz Kirovabad”, “Dinamo Kirov”, “Neftçi” və Gəncənin “Kəpəz” klublarında çıxış etmişdi. O, milli komandamızın heyətində 1993/98-ci illərdə 21 oyun keçirmişdi.
Mənbə:> Qafqazinfo.az