Avropa İttifaqı “Skype” və “WhatsApp” üçün qaydaları sərtləşdirir
Avropa İttifaqı elektron kommunikasiyaların və şəxsi həyatın məxfiliyini təmin etmək niyyətindədir.
Oxu.Az-ın məlumatına görə, Lent.az “runews24.ru” saytına istinadən xəbər verir ki, Avropa İttifaqı İT şirkətləri üçün qanunlar layihəsi yaradıb.
Bu qanunların köməyi ilə istifadəçilər onların şəbəkədə məlum etdikləri şəxsi məlumatlara nəzarəti gücləndirə biləcəklər.
Güman edilir ki, “Google”, “Facebook”, həmçinin “Skype”, “Viber” və “Whatsapp” kimi messencerlərdə istifadəçilərin şəxsi məlumatlarına çıxış məhdudlaşdırılacaq.
“Mən elektron kommunikasiyalar və şəxsi həyatın məxfiliyini təmin etmək istəyirəm”, - deyə Aİ-nin vahid rəqəmsal bazarlar məsələləri üzrə sədrinin müavini Andrus Ansoip bildirib.
Bundan sonra hədəflənən reklamın nümayişi üçün istifadəçilər barədə şəxsi məlumatları əldə etmək məqsədilə İT şirkətləri müvafiq sorğu etməli olacaqlar. Həmçinin məlumatların əldə olunması və onun danışığının uzunluğu ilə bağlı qaydalar sərtləşdiriləcək.
Mənbə:> Oxu.az