Azərbaycanda Facebook istifadəçilərinin sayı açıqlandı
Azərbaycanda Facebook istifadəçilərinin sayı 2,3 milyona çatıb.
Aznews.info AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin ölkələr üzrə istifadəçi sayı barədə statistikasında məlumat verilir.
“GlobalStats” şirkətinin təqdim etdiyi məlumatlara görə isə Facebook Azərbaycanda ən böyük paya sahib sosial şəbəkədir. 2015-ci ilin dekabrı ilə müqayisədə 2016-cı ilin sonuna ölkədə Facebook istifadəçilərinin sayı 19,95% artıb.
Bu sosial şəbəkənin Azərbaycanda əhatəsi 91,55%-ə bərabərdir. İkinci yerdə 2,77%-lə Twitter, üçüncü pillədə isə 1,86%-lə Vkontakte sosial şəbəkəsi dayanır.
Azərbaycanda digər sosial şəbəkələr üzrə də artım qeyd alınıb. Belə ki, 2015-ci ilin dekabrı ilə müqayisədə ötən ilin sonuna Azərbaycanda YouTube-un payı 5% yüksəlib. Həmçinin Linkedin platformasının ölkədə əhatəsi artaraq 1,50%-ə yaxınlaşıb.
Qeyd edək ki, ölkədə mobil cihazlardan istifadə yüksəlməkdə davam edir. 2015-ci ilin dekabrında kompyuterlərin payı 50,6%, mobil cihazların payı 49,4% olduğu halda, 2016-cı ilin dekabrında bu göstəricilər müvafiq olaraq 45,55 və 54,44% təşkil edib.
Mənbə:> Azertag.az