Nurayın taleyi ilə bağlı komissiya yaradıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Nurayın taleyi ilə bağlı komissiya yaradıldı

Nurayın taleyi ilə bağlı komissiya yaradıldı


Quba Rayon Məhkəməsində baş vermiş hadisə ilə bağlı İşçi Komissiya yaradılıb.

AzNews.info xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya açıqlamasında bildirib ki, Komissiyanın üzvləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən təşkil olunub.

Onun sözlərinə görə, artıq sabah Komissiya üzvləri, Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevanın rəhbərliyi ilə Qubada 10 yaşlı Nuray Bayramzadə və onun ailə üzvləri ilə görüşəcəklər:

“Komissiya hazırda araşdırmanı davam etdirir. Araşdırmalara əsasən, ola bilsin iddia qaldırıla bilər. Dövlət Komitəsi uşaq hüquqlarının pozulması ilə bağlı problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görür”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşağa qarşı məhkəmə icraçıları tərəfindən yol verilən kobudluq əksini tapıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *