Fotoaparatının kreditini ödəyə bilmədi, özünü asdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Fotoaparatının kreditini ödəyə bilmədi, özünü asdı – Bakıda faciə

Fotoaparatının kreditini ödəyə bilmədi, özünü asdı


Bakıda intihara cəhd olub.
Sabunçu rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 27 yaşlı Müslümov Natiq Tahir oğlu yaşadığı evin həyətində özünü asıb. Valideynləri tərəfindən dərhal xilas edilən N. Müslümov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti normal qiymətləndirilir.

Məlumata görə, N. Müslümov şadlıq evlərindən birində fotoqraf kimi çalışır. Bir müddət əvvəl o, kreditə bahalı fotoaparat götürüb. Lakin krediti ödəyə bilmədiyi üçün özünə qəsdə əl atıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *