Bakıda 26 yaşlı qız özünü binadan atdı
Bakıda intihara cəhd olub.
Aznews.info xəbər verir ki, Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Şimal Dress adlanan ərazidə qeydə alınıb.
Orada yaşayan 1990-cı il təvəllüdlü Humay Əlimərdanova yaşadığı binanın 3-cü mərtəbəsindən özünü atıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
H.Əlimərdanovanın intihara cəhd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> APA