Azərbaycanlı turistlər Gürcüstana səfər edənlər arasında birinci yerdədirlər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanlı turistlər Gürcüstana səfər edənlər arasında birinci yerdədirlər

Azərbaycanlı turistlər Gürcüstana səfər edənlər arasında birinci yerdədirlər


Ötən il Gürcüstana 1 523 075 nəfər Azərbaycan vətəndaşı səfər edib.

Aznews.info Report-a istinadən xəbər verir ki, bu göstərici ilə Azərbaycan vətəndaşları Gürcüstana səfər edən xarici ölkə vətəndaşları sırasında birinci yerdədir.

Gürcüstanın Milli Turizm Administrasiyasından “Report”un Gürcüstan bürosuna bildiriblər ki, 2010-cu ildə bu ölkəyə cəmi 497969 min Azərbaycan vətəndaşı səfər edib. 2011-ci ildə bu rəqəm 714418 ( artım 30 faiz), 2012-ci ildə 931933 (15 faiz artım), 2013-cü ildə 1075857 (19 faiz artım), 2014-cü ildə 1283214 (9 artım), 2015-ci ildə isə 1393257 (9 faiz artım) təşkil edib.

Keçən il Azərbaycandan bu ölkəyə gələn turistlərin sayı 2015-ci il ilə müqayisədə 129818 nəfər və yaxud da 9,3 faiz çoxdur.

Ümumilikdə isə 2016-cı ildə Gürcüstana 6 milyon 350 min 625 nəfər xarici ölkə vətəndaşı səfər edib.

Gürcüstana gələn xaricilər sırasında ermənilər ikinci, Türkiyə vətəndaşları üçüncü, rusiyalılar isə dördüncü yerdədirlər.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *