Ərindən boşandı, analıq hüququndan məhrum edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Ərindən boşandı, analıq hüququndan məhrum edildi – VİDEO

Ərindən boşandı, analıq hüququndan məhrum edildi

Seyidxanım Hüseynova 2 il əvvəl həyat yoldaşından boşanıb. Amma nə biləydi ki, ailəsi dağılmaqla bərabər, daha böyük problemlərlə üzləşəcək.

Onun sözlərinə görə, İlkin və Elgün adlı övladlarının 8 ay onunla qalması həyat yoldaşı Rasim Hüseynovu qıcıqlandırıb.

Məhkəməyə müraciət edərək, guya onun uşaqlara işgəncə verdiyini, döydüyünü bildirərək valideynlik hüququndan məhrum etdirib. Həm də məhkəmədə Seyidxanımın özü iştirak etmədən. Məhkəmənin qərarını isə anaya çox gec təqdim ediblər.

Keçən ilin aprelindən 7 və 8 yaşlı İlkinlə Elgünün üzünü görmür. Heç hansı internat məktəbində oxuduqlarını da bilmir. Yeganə təsəllisi böyük oğlunun telefonunda qalan şəklinə baxmaq və ağlamaqdır.

Məsələni vəkil Asif Abdullayevlə müzakirə etdik. Deyir ki, Seyidxanım Hüseynova vaxtında məhkəmə qərarından tez xəbər tutsaydı, növbəti instansiyaya müraciət edərək uşaqları incitmədiyini, normal həyat tərzi keçirdiyini sübut edə bilərdi.

Amma indi də gec deyil. Seyidxanım valideynlik hüququnu bərpa edə, övladlarına qovuşa bilər. Bunun üçün yenidən məhkəməyə müraciət etmək, ailə üzvləri-qonşuları şahid qismində dəvət edərək əsl analıq borcunu yerinə yetirmək potensialında olduğunu sübut etmək lazımdır.

İndi Seyidxanım vəkilin dediklərinə əməl etməli və yenidən məhkəməyə müraciət etməlidir.


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *